Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tramp saat satmağa başladı: Qiyməti heyrətləndirdi - FOTO

Tramp saat satmağa başladı: Qiyməti heyrətləndirdi - FOTO

Tarix: 27 Sentyabr 2024 20:42

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il prezident seçkiləri kampaniyası çərçivəsində öz adını daşıyan yeni saat seriyasını təqdim edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Tramp tərəfdarlarına bu saatların yeni il hədiyyəsi olaraq ideal bir seçim olacağını bildirib və satın almaq üçün link paylaşıb.

Saatların əksəriyyəti 499 dollara (850 manat) satılarkən, məhdud sayda olan "Tourbillon" seriyasının qiyməti 100 min dollar (170 min manat) olaraq müəyyən edilib.

Üç fərqli rəngdə təklif olunan bu seriya yalnız 147 ədədlə məhdudlaşacaq.

Qeyd edək ki, Tramp 2024-cü il seçki kampaniyasına başladıqdan sonra adı və imici vasitəsilə milyonlarla dollar gəlir əldə edib. O, həmçinin qızıl ayaqqabılar, İncil seriyası və iki kitab da daxil olmaqla bir neçə yeni məhsul təqdim edib.

Milli.Az


Etiketlər:  Tramp saat satmağa başladı Qiyməti heyrətləndirdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ