Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Coli ilə Halukun filminin tizeri yayımlandı - FOTO

Coli ilə Halukun filminin tizeri yayımlandı - FOTO

Tarix: 28 Sentyabr 2024 06:34

Hollivud ulduzu Ancelina Coli ilə türkiyəli aktyor Haluk Bilginerin baş rolunu paylaşdığı "Maria" filminin çəkilişləri tamamlanıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ekran işinin tizeri yayımlanıb.

Yunan əsilli amerikalı soprano Maria Kallasın həyatından bəhs edən filmdə rol alan Halukla Colinin kadrları maraq oyadıb.

Qeyd edək ki, Bilginer filmdə yunan əsilli iş adamı Aristotle Onassisi canlandırıb. Filmin ssenarisini Steven Knayt yazıb. Ekran işi 2025-ci ildə izləyicilərin ixtiyarına veriləcək.


Etiketlər:  Coli ilə Halukun filminin tizeri yayımlandı FOTO


RƏYLƏR