Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrailin Beyruta yeni zərbələri - bu dəfə hədəf odur - YENİLƏNİB

İsrailin Beyruta yeni zərbələri -  bu dəfə hədəf odur - YENİLƏNİB

Tarix: 4 Oktyabr 2024 13:28

13:25

İsrail Beyrutun cənubuna hücumu zamanı Hizbullahın ehtimal olunan yeni liderinin yerləşdiyi bunkeri hədəf alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə " The New York Post" məlumat yayıb.

İsrail rəsmiləri hücum zamanı Hizbullahın yüksək rütbəli liderlərinin yeraltı bunkerdə görüşdüklərini güman etdiklərini bildiriblər.

Üç İsrail rəsmisinin sözlərinə görə, zərbə Hizbullahın keşmiş lideri Həsən Nəsrullahın əmisi oğlu və ehtimal edilən varisi Haşim Safiəddini hədəf alıb.

Qeyd edək ki, onun öldürülüb-öldürülmədiyi bəlli deyil.

----------
09:36


İsrail Ordusu gecə saatlarında Beyrut hava limanı yaxınlığındakı qəsəbəyə 20-yə yaxın zərbə endirib, hədəf Hizbullahın baş katibi Nəsrullahın ehtimal olunan varisi Həşim Səfiəddin olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İsrail KİV mənbələrinə istinadən məlumat yayıb.

Həşim Səfiəddinin sağ qalıb-qalmadığı hələlik məlum deyil.

Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində hava hücumları nəticəsində ölkədə 37 nəfər ölüb, 151 nəfər yaralanıb.

Milli.Az


Etiketlər:  İsrailin Beyruta yeni zərbələri dəfə hədəf odur YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ