Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2024 10:38
Türkiyənin məşhur kino və teatr aktrisası Sumru Yavrucuk ilk dəfə Bakıya gəlib.
Sonxeber.net olay-a istinadən bildirir ki, sənətçi 5 oktyabrda gerçəkləşəcək monotamaşası "Shirley Valentine" üçün ölkəmizə təşrif buyurub.
"Gördüyüm ən sakit paytaxtdır. Buranın çox özəl ruhu var", - deyə, Bakı haqda fikirlərini bildirən sənətçi Azərbaycanda Dövlət Akademik Musiqili Teatrında tamaşaçıların qarşısına çıxacaq.
Gecəyə bahalı biletlərin böyük qismi satılsa da, hələ də iticket platformasına müraciət edərək tədbirə qatılmaq mümkündür.