Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Apple''ın ən bahalı və eksklüziv kompüteri yenidən hərracda satılacaq

''Apple''ın ən bahalı və eksklüziv kompüteri yenidən hərracda satılacaq

Tarix: 4 Oktyabr 2024 22:36

Hərracda satılan ən bahalı "Apple" kompüteri olan iki "Macintosh" prototipindən biri 23 oktyabr 2024-cü ildə Bonhams hərracında yenidən satışa çıxarılacaq.

Milli.Az bu barədə oxu.az-a istinadən xəbər verir.

Məlumata görə, M0001 nömrəli kompüter ilk "Macintosh" prototipidir və onun fərqləndirici xüsusiyyəti 1984-cü ildə "Macintosh" ilə təqdim edilən 3,5 düymlük disk yeri əvəzinə 5,25 düymlük "Twiggy" (FileWare) disk yerinin olmasıdır.

2019-cu ildə M0001 Bonhams hərracında 150,075 dollara satılaraq, hələ də qırılmamış dünya rekordu qoydu. Stiv Cobs və Jeff Raskin tərəfindən imzalanmış "Macintosh" 128K ana platası ilə 132,049 dollara, Stiv Cobsun Next-də istifadə etdiyi "Macintosh SE" kompüteri isə 126,375 dollara satıldı. Hazırda mütəxəssislər M0001-i 80-120 min dollar dəyərində qiymətləndirirlər.

Milli.Az


Etiketlər:  Appleın bahalı eksklüziv kompüteri yenidən hərracda satılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ