Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çanaqqala sahilində zəlzələ oldu

Çanaqqala sahilində zəlzələ oldu

Tarix: 6 Oktyabr 2024 18:06

Türkiyənin Çanaqqala şəhərinin sahilində 4,2 maqnitudalı zəlzələ olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri Ayvacık rayonundan 52,08 km məsafədə - Egey dənizində qeydə alınıb. Agentliyin verilənlərinə görə, zəlzələnin ocağı 24,16 km dərinlikdə yerləşib.

Tələfat və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.

Xatırladaq ki, daha əvvəl Konyada 4,3 maqnitudalı zəlzələ qeydə alınmışdı.

Milli.Az


Etiketlər:  Çanaqqala sahilində zəlzələ oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ