Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Pişik''Günel yenidən plastik əməliyyat etdirəcək - VİDEO

''Pişik''Günel yenidən plastik əməliyyat etdirəcək - VİDEO

Tarix: 7 Oktyabr 2024 13:05

"Pişik" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Günel Ələkbərova yenidən bıçaq altına uzanacaq.

Milli.Az olay-a istinadən bildirir ki, bu haqda sənətçi "Xəbərin var?" maqazin verilişinin canlı efirinə telefon vasitəsi ilə qoşularkən məlumat verib.

Ələkbərova bildirib ki, o üzündə və bədən nahiyyəsindəki komplekslərindən azad olmaq üçün cərrah masasına uzanaraq plastik əməliyyat keçirəcək:

"Qaş ucu gərmə, buxaq əməliyyatı icra olunacaq. Daha bir əməliyyatda bədənimdə olunacaq. Amma o əməliyyatın nə olduğunu indidən açıqlama vermək istəmirəm. Əməliyyatdan sonra deyəcəyəm. İndi çoxları deyəcək ki, bəxtəvər yenə əməliyyat olunur. Amma buradan mənə bəxtəvərçilik oxuyanlara demək istəyirəm ki, heç kim xoş günündən əməliyyata girmir. Biz xanımlar istəyirik ki, komplekslərimizdən azad olaq".

Qeyd edək ki, Günel Ələkbərova aylar əvvəl 4 saat davam edən  bədənşəkilləndirmə və liposaksiya əməliyyatı keçirib. Sənətçinin bədənindən əməliyyat yolu ilə 9 litr piy çıxarılıb. 

Milli.Az


Etiketlər:  PişikGünel yenidən plastik əməliyyat etdirəcək VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ