Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2024 23:02
Gürcüstan AŞPA-nın gündəliyinə Azərbaycanın qatılmadığı debatların daxil edilməsinə etirazını bildirib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin sədri Givi Mikanadze Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması prosesini şərh edrəkən bildirib.
"Bu saziş təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütün Cənubi Qafqaz üçün sülh mühitinin formalaşması üçün vacibdir, çünki bu region üçün effektiv təminatlar yaradacaq", - G.Mikanadze deyib.
O qeyd edib ki, Gürcüstan sülh sazişinə gətirib çıxara biləcək istənilən prosesdə vasitəçi kimi çıxış etməyə hazırdır.