Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vatsapda daha bir - Yenilik

Vatsapda daha bir - Yenilik

Tarix: 8 Oktyabr 2024 07:44

"WhatsApp" messencerinə yeni funksiya əlavə olunacaq.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə WABetaInfo portalı məlumat yayıb.

Qeyd olunur ki, istifadəçilər şəxsi və qrup söhbətləri üçün mövzu seçmək imkanı əldə edəcəklər. Bu halda, dizayn həm bütün söhbətlər üçün, həm də hər biri üçün ayrıca təyin edilə bilər.

Yenilik sayəsində istifadəçilərin şəxsi və iş çatları arasında keçidi asanlaşacaq.

Messencerdə söhbətin dizaynı üçün seçim etmək üçün 22 mövzu və 22 rəng olacaq.

Yeni funksiya tətbiqin beta versiyasında iOS əməliyyat sisteminə əsaslanan cihazların istifadəçiləri üçün əlçatan olacaq.

Milli.Az


Etiketlər:  Vatsapda daha Yenilik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ