Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2024 13:10
"Vətən üçün Tavuş" hərəkatının lideri Baqrat Srbazan Ermənistanın baş naziri Nikol Paşinyana qarşı məhkəmədə iddia qaldırıb.
Sonxeber.net unikal-a istinadən xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
O, tərəfdarları ilə görüşdə Paşinyana qarşı iddia qaldırmasının əsaslarını baş nazirin parlamentdə ona böhtan atması ilə əlaqələndirib: "O yalançı və qorxaq belə bir açıqlama verdi və biz indi Ermənistanda məhkəmə sisteminin işlək olub-olmadığını yoxlayacağıq".
O, böhtan xarakterli faktiki məlumatları Paşinyandan açıq şəkildə təkzib etməyi tələb edir.
Qeyd edək ki, məhkəmə iddianı qəbul edib, onu hakim Malvina Arutyunyan imzalayıb.