Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən yaxşı boksçusu seçildi

Dünyanın ən yaxşı boksçusu seçildi

Tarix: 9 Oktyabr 2024 16:56

Əfsanəvi keçmiş dünya çempionu müasir peşəkar boksçuların əsas probleminin də adını çəkib.

İndiki peşəkar boksçuların heç bir təşəbbüskarlıq qabiliyyəti yoxdur və döyüşlərini sata bilmirlər. Məşhur Mayk Tayson belə düşünür.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, keçmiş mütləq dünya çempionu buna misal olaraq Terens Kroufordu göstərib. Amerikalının sözlərinə görə, onun həmyerlisi hazırda ən yaxşı boksçudur, lakin o, populyar deyil.

"İndi çox daha asandır, daha çox insan boksçularının döyüşünü izləyə bilər, amma bizim vaxtımızda boksçular qazana bilmirdilər.

Terens Krauforda baxın. O, dünya səviyyəli rəqibsiz boksçu olsa da, 5000 boks bilicisini belə özünə cəlb edə bilmir. Buna görə də, ən yaxşıların ən yaxşısı olmaq istəyirsinizsə, daha çox şey etməlisiniz. Əylənməyi bacarmalısan, müəyyən mənada fərqlənməlisən.

Müasir boksçular hər kəsə qalib gələ bilər, lakin onlar normal pul qazana bilmirlər və çoxlu bilet sata bilmirlər", - boks əfsanəsi vurğulayıb.


Etiketlər:  Dünyanın yaxşı boksçusu seçildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ