Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

120 yaşa qədər yaşamaq indi də mümkündür

120 yaşa qədər yaşamaq indi də mümkündür

Tarix: 9 Oktyabr 2024 21:24

Rusiya milli layihəyə start verir. 2025-ci ildə bioiqtisadiyyatın inkişafı üzrə tədbirlər başlayacaq.

Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin müavini Denis Manturov məlumat verib.

Bildirilib ki, "120 yaşa qədər yaşamaq: insanlıq üçün yeni texnologiyalar" forumunda farmakologiya, qida, ekologiya proqramları irəli sürüləcək.

Onun sözlərinə görə, 120 yaşa qədər yaşamaq artıq indi mümkündür:

"Rusiya şəkər və piylənmənin dərmanı Ozempikin analoqunu, eləcə də Parkinson, Alsheymerə qarşı dərmanlar, şəkərsiz dondurma, qlütensiz qidalar və digər innovasiyaları təqdim etməyi planlayır. Biotexnologiya sahəsində maraqlı kəşflər var, məsələn, etil spirtini taxta yonqarından almaq, onkoloji xəstələrin müalicəsi üçün yeni vaksinlər və s. Hazırda ölkədə 1000-ə qədər şirkət biotexnologiya üzrə məşğul olur. Bu bazarda 300 milyard yatırım və dövriyyə var".


Etiketlər:  yaşa qədər yaşamaq indi mümkündür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ