Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sizin kostyumunuz yerli istehsaldır?'' - Putindən qəribə SUAL - VİDEO

''Sizin kostyumunuz yerli istehsaldır?'' - Putindən qəribə SUAL - VİDEO

Tarix: 10 Oktyabr 2024 10:26

Rusiya Prezidenti Vladimir Putinin videobağlantı vasitəsilə sənaye obyektləri ilə bağlı keçirilən müşavirədə Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitinlə arasında maraqlı dialoqu olub.

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, Putin onun kostyumunun istehsalı ilə maraqlanıb. 

Belə ki, Rusiya lideri Nikitinə "Kostyumunuz yerli istehsaldırmı?" sualını ünvanlayıb.

O isə prezidentə "Təəssüf ki, xüsusi olaraq tikildiyi üçün üzərində etiketi yoxdur, lakin yerli istehsal parçadan hazırlanıb", - deyə cavab verib.

Putin daha sonra müraciət edərək hər kəsi yüksək keyfiyyəti ilə seçilən yerli istehsal olan mallardan istifadə etməyə çağırıb.

Görüntüləri təqdim edirik:


Etiketlər:  Sizin kostyumunuz yerli istehsaldır Putindən qəribə SUAL VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ