Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2019 21:39
Bakı. Trend:
Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 1-də saat 18 radələrində Yasamal rayonu ərazisində Bakı şəhər sakini Fəxrəddin Əkbərov idarə etdiyi "Nissan" markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin