Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2024 17:54
SEPAH Qüds qanadının komandiri İsmayıl Qaani İsrailin Livana hücumunda yaralanmayıb, ancaq təhlükəsizlik pozuntuları ilə bağlı istintaq altındadır və sorğu-sual edilir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Middle East Eye" nəşri SEPAH-a yaxın mənbələrə istinadla məlumat verib.
"Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsindən sonra SEPAH İsrailin Livan hərəkatının ən yüksək rütbəli rəhbərliyinə necə sıza bildiyi və Nəsrullahın yerini necə öyrəndiyi ilə bağlı araşdırmalar başladıb. İsmayıl Qaani ev dustağıdır və Xameneinin nəzarətində olan şəxslər tərəfindən dindirilir", - məlumatda qeyd olunub.
Qeyd edək ki, 27 sentyabrda Beyruta edilən hücumlardan sonra Qaani ilə əlaqənin kəsildiyi bildirilmişdi. Hətta qətərli vasitəçilər də Qaani ilə əlaqə saxlaya bilmədiklərini təsdiqləmişdilər.