Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda televiziya kanalına yeni rəhbər təyin olundu - FOTO

Azərbaycanda televiziya kanalına yeni rəhbər təyin olundu - FOTO

Tarix: 10 Oktyabr 2024 22:34

Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin tərkibində olan İdman kanalına yeni rəhbər təyin olunub.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, kanala Zaur Zeynal rəhbərlik edəcək.

Mədəniyyət kanalının rejissoru işləyən Zaur Zeynal daha çox şou-biznes sahəsində tanınırdı. Onun idman kanalına rəhbər təyin olunması bir sıra suallar doğurub.

Qeyd edək ki, bir neçə gün əvvəl kanalın direktoru Rövşən Binnətli vəzifəsindən kənarlaşdırılmışdı. Onun yerinə isə müvəqqəti olaraq tanınmış idman şərhçisi Fikrət Adıgözəlli təyin olunmuşdu


Etiketlər:  Azərbaycanda televiziya kanalına yeni rəhbər təyin olundu FOTO


RƏYLƏR