Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kadırovun cani elan etdiyi çeçen məmur güllələndi

Kadırovun cani elan etdiyi çeçen məmur güllələndi

Tarix: 11 Oktyabr 2024 15:02

Moskva yaxınlığında naməlum killer Dövlət Dumasının deputatı Vladimir Şamanovun çeçen əsilli köməkçisinə atəş açaraq aradan çıxıb.

Sonxeber.net musavat.com-a istinadla xəbər verir ki, deputatı Şerip Əlihacıyevin köməkçisi həyatına sui-qəsd cəhdi oktyabrın 10-da, Moskvanın Odintsovo rayonunun Lapino kəndindəəki evinin eyvanında baş verib.

Sui-qəsd zamanı Əlihacıyev evdə tək olub. Məlumata görə, cinayətkar ona dörd güllə atıb, onlardan ikisi qurbanın başına və belinə dəyib. Bundan sonra zərərçəkmiş həyat yoldaşına zəng edib, o, yaxınlarına xəbər verib. Təcili tibbi yardım əməkdaşları hadisə yerinə gələndə Əlihacıyev müstəqil hərəkət edə bilib və ağlı başında olub.

Zərərçəkmiş xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Hazırda deputatın köməkçisi reanimasiyadadır.

TASS-ın hüquq-mühafizə orqanlarındakı mənbəsi sui-qəsdin planlaşdırıldığını bildirib. "Hücum edən şəxs Əlihacıyevin evdə tək qalmasını gözləyib, əraziyə daxil olub və sui-qəsddən sonra diqqət çəkmədən kəndi tərk edib", - agentliyin həmsöhbəti bildirib.

Hücum edən şəxs hazırda axtarışdadır. Faktla bağlı cinayət işi başlanıb.

"112" Teleqram kanalı yazır ki, Şerip Əlihacıyev ikinci çeçen kampaniyası zamanı Çeçenistan Respublikasının birinci başçısı Axmat Kadırovun ən yaxın silahdaşı olub. Sonra o, Şali rayonunun administrasiyasına rəhbərlik edib və bir müddət Çeçenistan Dövlət Şurası sədrinin birinci müavini vəzifəsində çalışıb. Axmat Kadırovun ölümündən dərhal sonra Əlihacıyev Çeçenistandan İnquşetiyaya, sonra isə Moskvaya köçüb.

2007-ci ilin avqustunda Çeçenistan rəhbəri Ramzan Kadırov Əlihacıyevi cinayətkar adlandırıb.

Şerip Əlixacıyevin həyatına ilk sui-qəsd cəhdi 2002-ci ilin fevralında, o, Şalini rayonunun administrasiyasının rəhbəri vəzifəsində çalışarkən olub. Onun iş otağında əldəqayırma partlayıcı qurğu tapılıb. O zaman terror hücumuna cəhdin arxasında yerli vəhhabi qruplarının olduğunu güman edib.

Hazırda Əlihacıyevin Dövlət Dumasının deputatının köməkçisi vəzifəsini tutduğu məlumdur. Bəzi KİV-lər onun Vladimir Şamanovla işlədiyini yazır, lakin deputatın özü bu faktı təsdiqləməyib.


Etiketlər:  Kadırovun cani elan etdiyi çeçen məmur güllələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ