Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Narin Güran qətlində yeni təfərrüatlar üzə çıxdı - Əmisi ilə...

Narin Güran qətlində yeni təfərrüatlar üzə çıxdı - Əmisi ilə...

Tarix: 11 Oktyabr 2024 20:36

8 yaşlı Narin Güranın qətli ilə bağlı yeni təfərrüatlar əldə edilib.

Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, Narinin öldürüldüyü gün azyaşlının əmisi Səlim Güran ilə saxlanılan Nevzat Bəxtiyarın telefon zənglərində diqqəti çəkən detal üzə çıxıb.

Nevzat Bəxtiyarın verdiyi üç fərqli ifadə arasındakı ziddiyyətlər istintaqın gedişatını dəyişib. Bəxtiyar meyitin aparıldığı yerlə bağlı hər dəfə ifadəsində fərqli yerləri qeyd edib. Ancaq telefon siqnallarının araşdırılması işin açılması üçün mühüm rol oynayıb.

Belə ki, qətl günü saat 15:21-15:46 arasında Səlim Güran və Nevzat Bəhtiyarın mobil telefonlarının siqnallarının bir-birinə yaxın olduğu öyrənilib. Bu təsbit üzərinə aparılan istintaq şəxslərin birlikdə hərəkət etmiş ola biləcəyini göstərib.

Araşdırmalar göstərib ki, siqnalın gəldiyi nöqtə məktəbin ətrafındakı daşlı yol olub. Kameraya görünməyən bu yol vasitəsilə isə dərə yatağına rahat getmək olar.

Qeyd edək ki, hazırda digər qohumların da telefon siqnalları araşdırılır. Bununla da başqa kimlərin həmin ərazidə olduğu aşkarlanacaq.


Etiketlər:  Narin Güran qətlində yeni təfərrüatlar üzə çıxdı Əmisi ilə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ