Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2024 11:58
Türkiyədə ötən ilin fevralında baş vermiş güclü zəlzələdə uçan bəzi binaları inşa etmiş şəxslərin məhkəmə prosesləri davam edir.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Kahramanmaraşda 69 nəfərin həyatını itirdiyi "Güneşli Kocabaş" yaşayış kompleksini tikmiş iş icraçılarına ötən gün hökm oxunub.
Kahramanmaraş 2-ci Cəza Məhkəməsinin hökmü ilə ittiham edilən 9 nəfərdən 8-nə 12 il 2 ay 20 gündən 14 il 5 ay 10 gün müddət aralığında həbs cəzası verilib.
Bildirilib ki, zəlzələ vaxtı binanın 7-ci bloku tamamilə çöküb. Araşdırmalar zamanı tikinti standartlarının pozulması məlum olub.
Qeyd edək ki, Türkiyənin cənub-şərqini əhatə edən güclü zəlzələ 50 minə yaxın insanın həyatını itirməsinə səbəb olub.