Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2024 16:04
Ötən ilin dekabrında Türkiyədə saxlanılaraq İrana təhvil verilən məşhur reper Əmir Hüseyn Məqsudlu (Tətəlu) 10 il azadlıqdan məhrum edilib.
Sonxeber.net kult.az-a istinadən xəbər verir ki, bu barədə İran məhkəmə sisteminə bağlı "Mizan" saytı məlumat yayıb.
"Əmir Hüseyn Məqsudlu əxlaqsızlığı təşviq etməkdə ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsi ilkin instansiya məhkəməsinin çıxardığı hökmü təsdiq edib və iş hökmün icrası üçün Məhkəmə Qərarlarının İcra Şöbəsinə göndərilib", - məlumatda bildirilib.
Bununla yanaşı məhkəmə reperə "müqəddəsləri təhqir etmək" ittihamına görə əlavə 5 il həbs istəyib və bu ittihama görə də araşdırma aparılır.