Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ziya Bünyadov prospektində baş verən yol qəzasında 5 nəfər yaralanıb

Ziya Bünyadov prospektində baş verən yol qəzasında 5 nəfər yaralanıb

Tarix: 3 Dekabr 2019 09:54

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ötən gecə Bakıda baş verən yol qəzasında 3 avtomobil toqquşub.

Trend-in məlumatına görə, yol-nəqliyyat hadisəsi Ziya Bünyadov prospektində qeydə alınıb.

Adıçəkilən prospektin Nəcəf Nərimanov küçəsi ilə kəsişməsində (20 yanvar dairəsi istiqamətində) baş verən qəzada 3 avtomobil toqquşub, nəticədə 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya çatdırılıblar.

1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən şəxslərdən 2-si ambulator müalicəyə yola salınıb. Stasionar müalicə alan şəxslərdən 1994-cü il təvllüdlü Quliyev Teymur Tofiq oğlu travmatologiya, 35 yaşlı Marina və 25 yaşlı Aleksandr isə reanimasiya şöbəsindədirlər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ziya Bünyadov prospektində baş verən qəzasında nəfər yaralanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ