Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2024 14:06
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Co Bayden administrasiyasına bildirib ki, o, nüvə və neft obyektlərinə deyil, İrandakı hərbi obyektlərə zərbə endirmək istəyir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Vaşinqton Post" məlumat yayıb.
Məlumata görə, oktyabrın 9-da Baydenlə telefon danışığı zamanı Netanyahu İrandakı hərbi infrastrukturu hədəf almağı planlaşdırdığını deyib:
"Bu o deməkdir ki, yəhudi dövləti tammiqyaslı müharibənin qarşısını almaq üçün daha məhdud cavab zərbəsi endirə bilər".