Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''''3+3'' regional platformasının iclası bu ay İstanbulda keçiriləcək''

''''3+3'' regional platformasının iclası bu ay İstanbulda keçiriləcək''

Tarix: 15 Oktyabr 2024 16:00

Oktyabrın 18-də İstanbulda "3+3" regional platformasının iclası keçiriləcək.

Sonxeber.net xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan məlumat verib.

O qeyd edib ki, Cənubi Qafqaz regional əməkdaşlıq platforması ("3+3") vasitəsilə region ölkələri ilə Qafqaz üzrə məsləhətləşmələrimizi davam etdiririk.

"Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığı hədəfləyən bu platformanın üçüncü toplantısını oktyabrın 18-də İstanbulda keçirəcəyik. Görüşdə Azərbaycan, Ermənistan, İran və Rusiya Federasiyasının xarici işlər nazirləri də iştirak edəcəklər", - deyə H. Fidan əlavə edib.

Qeyd edək ki, ötən il 23 oktyabr tarixində Tehranda "3+3" formatında XİN başçılarının görüşü keçirilib. Azərbaycanın və Rusiyanın, Türkiyənin və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov, Hakan Fidan, Ararat Mirzoyan da "3+3" formatında görüşdə iştirak edib.


Etiketlər:  regional platformasının iclası İstanbulda keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ