Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2024 16:32
Gürcüstanı Rusiya hökuməti idarə edir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.
"2012-ci ildən hakimiyyətdə olan Gürcü Arzusu Partiyası Rusiyadakı kimi təbliğat, qütbləşmə və hədə-qorxu taktikasına əsaslanan kampaniya aparır", - Zurabişvili bildirib.
Prezident hakim partiyanı dövlət qulluqçularını səs verməyə məcbur etməkdə, müxalifət fəallarına hücumda, jurnalistləri hədələməkdə və xaricdəki vətəndaşların səs verməsini çətinləşdirməkdə ittiham edib:
"Bu, adi seçki deyil, Avropanın gələcəyi ilə Rusiyanın keçmişi arasında seçimdir".
Qeyd edək ki, Gürcüstanda parlament seçkisi 26 oktyabrda keçiriləcək.