Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2024 18:56
İstanbulun Esenyurt rayonunda 35 həftəlik hamilə olan Hanife Mete müayinə üçün xəstəxanaya gedərkən avtobusda uşaq dünyaya gətirib.
Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, avtobusla Cənnət Məhəlləsinə çatdıqda ağrıları başlayan Mete doğum sancısının başladığını deyib və nəqliyyat vasitəsindən düşə bilməyib.
Avtobusda baş tutan doğuşdan dərhal sonra ana və körpə təcili yardımla Esenyurt Necmi Kadıoğlu Dövlət Xəstəxanasına aparılıb.
Həkimlər tərəfindən yoxlanılan ana və körpənin vəziyyətinin yaxşı olduğu açıqlanıb.
Xəbəri alan Esenyurt Bələdiyyə Başçısı Əhməd Özer və İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlu xəstəxanada uşaq dünyaya gətirən ananı ziyarət ediblər. Ziyarət zamanı Özer və İmamoğlu anaya çiçək təqdim edib, ataya xoş arzularını bildiriblər.