Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2024 20:30
Gürcüstanın Baş naziri İrakli Kobaxidze AB-nin xarici siyasət rəhbəri Jozep Borrellin Moldovanı Gürcüstandan üstün tutmasını təhqir adlandırıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, baş nazir bu barədə jurnalistlərə açıqlamasında deyib.
"Gürcüstanla Moldovanı müqayisə etməyə gəlincə, bu, tamamən təhqirdir. Siz bilirsiniz ki, Gürcüstan Moldovanı hər cəhətdən qabaqlayır, istər demokratiya, istər insan haqları, istərsə də iqtisadiyyat baxımından... Biz bu fərqi artırmışıq. Gürcüstan və Moldova iqtisadiyyatları arasında fərqi 9 milyard dollar artırmışıq ki, bu da Moldovadan fərqli olaraq bizdə çox güclü dövlət institutlarının olması ilə bağlıdır", - Kobaxidze bildirib.
Qeyd edək ki, J.Borrell Gürcüstanda Moldovaya nisbətən "qaranlıq mənzərənin" olduğunu söyləmişdi.
Onun sözlərinə görə, Gürcüstanın hakim partiyasının son addımları, bəyanatları və seçki vədləri ölkəni Avropa yolundan uzaqlaşdırır və avtoritarizmə doğru keçiddən xəbər verir və bu səbəbdən AB-yə inteqrasiya prosesi dayandırılıb.