Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2024 09:16
Venesuelanın PDVSA şirkətinin Zulia əyalətindəki La Salina neft emalı zavodunda ən azı 18 nəfər xəsarət alıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "El pitazo" məlumat yayıb.
"Neft obyektində yanğını söndürməyə çalışarkən azı 18 nəfər yanıq xəsarəti alıb", - məlumatda deyilir.
Nəşrin məlumatına görə, neft emalı zavodunda ildırım vuran 75 min barellik neft çəni yanır.