Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dördayaqlı alpinist: İt Xeops zirvəsini fəth etdi - VİDEO

Dördayaqlı alpinist: İt Xeops zirvəsini fəth etdi - VİDEO

Tarix: 16 Oktyabr 2024 20:40

Misirdə maraqlı bir hadisə baş verib: it dünyanın yeddi möcüzəsindən biri hesab edilən qədim Xeops piramidasının zirvəsinə müstəqil şəkildə dırmaşmağı bacarıb.

Sonxeber.net bildirir ki, oxu.az-ın verdiyi məlumata görə, alpinist-itlə bağlı video sosial şəbəkələrdə sürətlə yayılaraq istifadəçilərin heyranlığına səbəb olub.

Kadrlarda itin nə vaxtsa dünyanın ən hündür tikilisi hesab olunan piramidanın daş bloklarına məharətlə dırmaşdığı görünür. Cəmi bir neçə dəqiqə ərzində o, ehramın ən yüksək nöqtəsinə çatır.

Qeyd edək ki, təxminən e.ə. 2560-cı ildə tikilmiş Xeops piramidasının hündürlüyü 147 metrdir. Yuxarıya çatdıqdan sonra it yaxınlıqdan uçan quşları qovaraq ucadan hürməyə başlayıb.

Yeri gəlmişkən, it bu zirvənin fəthi ilə qaydaları ciddi şəkildə pozub: Misirdə 118 piramidanın hər hansı birinə qalxmaq ciddi şəkildə qadağandır. Turistlər bu qədim abidələrin zirvələrini yalnız paraplanla quş uçuşu hündürlüyündən seyr edə bilərlər.


Etiketlər:  Dördayaqlı alpinist Xeops zirvəsini fəth etdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ