Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2024 11:34
Dünya şöhrətli repçi və musiqi prodüseri Pi Diddi (əsl adı Şon Kombs) uzun müddətdən sonra ilk dəfə instaqram səhifəsində paylaşım edib.
Sonxeber.net olay-a istinadən bildirir ki, həbs edilən sənətçi nəzarətə götürüldükdən sonra post yayımlayıb.
Diddi sözügedən postda kiçik qızının ad günü şərəfinə fotosunu paylaşaraq ona olan sevgisini dilə gətirib.
Repçi şərhləri bağlayıb.
Qeyd edək ki, Pi Diddinin həbsindən əvvəl onun keçmiş sevgilisi və digər zorakılıq, narkotik vasitələrin məcburi istifadəsi və cinsi istismar məqsədilə insan alveri qurbanları tərəfindən bir sıra ittihamlar irəli sürülüb. Mart ayında repçinin malikanəsində geniş axtarış aparılıb, bu zaman qanunsuz maddələr, silahlar və 1000 butulka uşaq yağı və cinsi əlaqə zamanı istifadə olunan çox sayda maye materialı aşkar edilib.
Oktyabrın 10-da repçi ilk dəfə məhkəməyə çıxıb.