Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türk dilinə qadağa: Parlamentdə etiraz başladı

Türk dilinə qadağa: Parlamentdə etiraz başladı

Tarix: 17 Oktyabr 2024 13:36

Təbrizin İran parlamentindəki bir neçə millət vəkili İran Hava Yolları Şirkətinin Şərqi Azərbaycanın "Ata" Hava Yolları Şirkətinə məxsus təyyarələrdə qonaqların türk dilində salamlanmasına qoyulan qadağanı tənqid edib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Ruhullah Mütəfəkkir Azad və Əlirza Novin çıxış edib.

"Bəziləri həddindən artıq ifratçılıq edir, keşişdən daha çox xristian olmağa çalışırlar. Azərbaycanlı sərnişinlərə türk dilində "xoş gəlmisiniz" demək cinayət deyil, biz İran Hava Yolları Şirkətinin məsələ ilə bağlı yanaşmasından narazıyıq və bunu diqqətdə saxlayacağıq", - Ruhullah Mütəfəkkir Azad deyib.

Təbrizin İran parlamentindəki başqa nümayəndəsi Əlirza Novin də türk dilinə qarşı münasibəti tənqid edib. Millət vəkili məsələnin araşdırılmasını, Təbrizə uçan təyyarələrdə qonaqların türk dilində salamlanmasına qadağanın həqiqət olduğu təqdirdə bunun parlamentdə müzakirəyə çıxaracağını söyləyib.

Qeyd edək ki, bir neçə gün əvvəl "Ata" aviaşirkətinin Tehrandan Təbrizə uçan təyyarəsində bələdçi qonaqları türk dilində salamlayıb. Bu, mediada geniş rezonans doğurub və fars millətçiləri bunu separatçılığın təbliği kimi qələmə veriblər.

Bundan sonra İran Hava Yolları Şirkəti Təbrizə uçan təyyarələrdə qonaqların türk dilində salamlanmasına qadağa qoyub.


Etiketlər:  Türk dilinə qadağa Parlamentdə etiraz başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ