Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağcaqanadın dişlədiyi kişi ÖLDÜ

Ağcaqanadın dişlədiyi kişi ÖLDÜ

Tarix: 17 Oktyabr 2024 20:44

ABŞ-ın Konnektikut ştatında 5 il əvvəl ağcaqanad dişləyən kişi ölüb.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, 2019-cu ildə 49 yaşlı polyak əsilli amerikalı Riçard Pavulski həyətini təmizləyirmiş. Adam işləyərkən onu dişləyən ağcaqanadın fərqinə varmayıb, amma elə ertəsi gün baş ağrıları, ürəkbulanma və qusmalardan əziyyət çəkməyə başlayıb. Pavulski beyin ödemi ilə təcili xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Lakin əməliyyatdan sonra o, komaya düşüb. Zamanla həkimlər ona şərq at ensefaliti (VEL) diaqnozu qoyublar.

VEL RNT virusudur. Bu qrupa həmçinin Ebola, COVID-19, quduzluq və Qərbi Nil qızdırması daxildir. VEL mərkəzi sinir sisteminə təsir göstərir və simptomlara baş ağrısı, qızdırma, qarışıqlıq, qusma və qıcolmalar daxildir. Bunun müalicəsi yoxdur, ölüm nisbəti 33 faizə qədərdir. VEL ilk növbədə atlara təsir edir, lakin insanlara heyvanları dişləyən ağcaqanadlar yoluxur.

İki aylıq tədbirlərdən sonra Pavulski komadan oyanıb. Lakin VEL-dən yaranan fəsadlar onun beyninə, böyrəklərinə və qaraciyərinə ciddi ziyan vurub. Növbəti beş il ərzində Pavulskinin həyatı xəstəxanalar və qocalar evləri arasında keçib. Xəstə zaman-zaman özünə gəlsə də, əksər hallarda orientasiya pozğunluğundan əziyyət çəkib.

Bir həftə əvvəl Pavulskinin orqanları müalicə olunmayan bakterial və stafilokok infeksiyaları səbəbindən sıradan çıxmağa başlayıb. Oktyabrın 15-də o, dünyasını dəyişib. Bu il ABŞ-da təsdiqlənmiş 10 yeni VEL hadisəsi olub və Pavulski də daxil olmaqla üç xəstə virusla bağlı ağırlaşmalardan sağ çıxa bilməyib.


Etiketlər:  Ağcaqanadın dişlədiyi kişi ÖLDÜ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ