Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2024 08:30
"İstanbulda Azərbaycan, Rusiya, İran və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Haber Global"a müsahibəsində deyib.
O, qeyd edib ki, toplantıda bir sıra regional məsələlər müzakirə olunacaq. Fidanın sözlərinə görə, toplantıya Gürcüstan da dəvət olunub:
"Amma düşünürəm ki, onlar iştirak edə bilməyəcəklər", - nazir qeyd edib.
H. Fidan xatırladıb ki, Türkiyə və Azərbaycan bir millət iki dövlətdir.
O, iki ölkənin bir sıra məsələlərdə hətta bir dövlət kimi çıxış etdiyini vurğulayıb: "İki dövlət bəzi məsələlərdə bir dövlət kimi çıxış edir".
XİN başçısı deyib ki, iqtisadiyyat, xarici siyasət, strateji məsələlərdə və digər sahələrdə əməkdaşlıq çox sıxdır.
Nazir qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh regiona böyük fayda gətirəcək.
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bununla bağlı mövqeyi məlumdur", - H. Fidan deyib.