Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aparıcının sualı Ehtiram Hüseynovu ağlatdı - VİDEO

Aparıcının sualı Ehtiram Hüseynovu ağlatdı - VİDEO

Tarix: 22 Oktyabr 2024 00:20

Əməkdar artist Ehtiram Hüseynov efirdə kövrəlib.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, Evdəkilərə salam" verilişində qonaq olan sənətçiyə aparıcı Aytəkin Mərdanova valideynləri ilə bağlı sual ünvanlayıb. 

Hüseynov "Valideynlər bizim baş tacımızdır. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, sağ olanlara isə can sağlığı versin. Mənim də valideynlərim mənim baş tacımdır" sözlərini dilə gətirib.

Aytəkinin "Siz pis olanda (xəstəliyini nəzərdə tutur - red. ) yəgin ki, onlar da həyaca keçirtdilər" sözlərinə Ehtiram göz yaşı axıdıb.

İfaçı bu haqda danışmaq istəmədiyini və aparıcıdan bu mövzunu dəyişməsini xahiş edib.

Qeyd edək ki, E. Hüseynov uzun zamandır ki, dağınıq skleroz xəstəliyindən əziyyət çəkir.


Etiketlər:  Aparıcının sualı Ehtiram Hüseynovu ağlatdı VİDEO


RƏYLƏR