Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2024 08:18
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə barışığa töhfə verə biləcək təklif irəli sürüb.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, o, ilk addım kimi enerji infrastrukturu obyektlərinə hücumdan imtinaya çağırıb.
Bununla belə, Ukrayna lideri bunun qarşılıqlı xarakter daşımalı olduğunu vurğulayıb.
"Bu, müharibənin qaynar mərhələsinin sona çatmasına səbəb ola bilərmi? Mən belə düşünürəm", - Zelenski deyib.
Prezident hesab edir ki, münaqişənin hər iki tərəfi belə bir razılaşmaya gedərsə, bu, deeskalasiya istiqamətində mühüm addım olacaq. O qeyd edib ki, ilk sülh sammiti zamanı Kiyev "enerji təhlükəsizliyi ilə bağlı qərarın verilə biləcəyini gördü".