Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur reper təcili xəstəxanaya yerləşdirildi - konsertləri ləğv oldu

Məşhur reper təcili xəstəxanaya yerləşdirildi - konsertləri ləğv oldu

Tarix: 24 Oktyabr 2024 13:58

Məşhur reper Cardi B xəstəxanaya yerləşdirilib.

Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, Kardi B özü bu barədə sosial şəbəkə hesabında məlumat verib.

Onun yaxın günlərə təyin olunan bütün tədbirləri ləğv edilib.

Müğənni "Bu xəbəri paylaşdığım üçün çox kədərləndim, amma son bir neçə gündür xəstəxanadayam. Bu səbəbdən "ONE MusicFest"də çıxış edə bilməyəcəm. Məni başa düşdüyünüz üçün təşəkkür edirəm və mən tezliklə daha yaxşı və daha güclü olacağam. Narahat olmayın. Sizi çox sevirəm" sözlərini deyib.

Fidan


Etiketlər:  Məşhur reper təcili xəstəxanaya yerləşdirildi konsertləri ləğv oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ