Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“ABŞ-nin hücumdan xəbəri var”

“ABŞ-nin hücumdan xəbəri var”

Tarix: 26 Oktyabr 2024 07:16

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Savett İsrailin İrana qarşı endirdiyi zərbələrdən xəbərdar olduğunu bildirib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə "CBS News"a açıqlamasında deyib.

"Biz başa düşürük ki, İsrail özünümüdafiə məqsədi ilə və oktyabrın 1-də İranın İsrailə qarşı ballistik raket hücumuna cavab olaraq İrandakı hərbi obyektlərə zərbələr endirir", - Savett bildirib.

Qeyd olunur ki, İsrailin hücumu hərbi hədəflərlə məhdudlaşıb. Mənbələrin nəşrə bildirdiyinə görə, ABŞ-yə İrana hücum barədə qabaqcadan məlumat verilib.

"Reuters" amerikalı rəsmiyə istinadən xəbər verir ki, ABŞ İsrailin İrana qarşı hərbi əməliyyatında iştirak etməyib.


Etiketlər:  ABŞ hücumdan xəbəri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ