Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2027-ci ildə kosmosa səyahət mümkün olacaq - ilk bilet satıldı

2027-ci ildə kosmosa səyahət mümkün olacaq - ilk bilet satıldı

Tarix: 26 Oktyabr 2024 08:12

Çinin özəl "Deep Blue Aerospace" şirkəti kosmos turistləri üçün 1,5 milyon yuan (təxminən 210 min dollar) dəyərində bilet satışına başlayıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

Bildirilir ki, şirkət artıq 2027-ci ildə ilk uçuş üçün iki bilet satıb.

Məlumata görə, suborbital kosmos səyahətinin müddəti 12 dəqiqə olacaq.

Çinin şərqindəki Jianqsu əyalətində yerləşən şirkət ilk biletlərini oktyabrın 24-də satışa çıxarıb və canlı yayım zamanı cəmi 20 dəqiqə ərzində sata bilib.

Nəşrin qeyd etdiyi kimi, Çin şirkətinin qiymətləri digər rəqiblərindən xeyli aşağıdır. 


Etiketlər:  2027 ildə kosmosa səyahət mümkün olacaq bilet satıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ