Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Günəşdə Yerdən daha böyük maqnit halqaları peyda oldu

Günəşdə Yerdən daha böyük maqnit halqaları peyda oldu

Tarix: 27 Oktyabr 2024 11:42

Günəşdə partlayışlar səbəbindən hündürlüyü Yerin ölçüsünü əhəmiyyətli dərəcədə aşan maqnit ilmələri müşahidə olunur. Onlar planetimizin sakinləri üçün təhlükə yaratmır.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə TASS-a Rusiyanın İrkutsk Dövlət Universitetinin professoru Sergey Yazev bildirib.

Onun sözlərinə görə, maqnit halqalarının hündürlüyü təxminən 200 min km-dir ki, bu da Yerin ölçüsündən qat-qat böyükdür.

Alim qeyd edib ki, Günəşdə maqnit halqaları kifayət qədər adi haldır. Onlar Yer kürəsinin sakinlərinə birbaşa təsir göstərmir.


Etiketlər:  Günəşdə Yerdən daha böyük maqnit halqaları peyda oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ