Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur müğənni antibiotiklərə görə kar qalıb - FOTO

Məşhur müğənni antibiotiklərə görə kar qalıb - FOTO

Tarix: 28 Oktyabr 2024 14:16

Dünyaşöhrətli müğənni Adel səhhətindəki problemlərlə bağlı açıqlama verib.

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, o, qulaq infeksiyası səbəbindən eşitmə problemi yaşadığını və çətin müalicə prosesi keçdiyini bildirib.

36 yaşlı sənətçi nadir rast gəlinən bir su bakteriyasının yaratdığı xəstəlik və onun müalicəsi üçün antibiotikdən yanlış istifadə etməsi nəticəsində qismən eşitmə qüsuru yarandığını söyləyib: "Müalicə etmək çox çətindir. Bir neçə gün səhv antibiotik qəbul etdim. Bir neçə dəfə qulağımı kəsmək istədim. Artıq ağrım yoxdur, bu, əladır, amma sol qulağım bir az kar qalıb".

Qeyd edək ki, 16 "Grammy" mükafatlı müğənni "Weekends With Adele"dən sonra bir müddət səhnəyə ara verəcəyini açıqlamışdı. 2022-ci ilin son aylarında Las-Veqasda çıxış edən müğənni son konsertini noyabrın 23-ü verəcək.


Etiketlər:  Məşhur müğənni antibiotiklərə görə qalıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ