Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda 130-dan çox küçə və prospektdə 2000-nə yaxın pandus quraşdırılıb (FOTO)

Bakıda 130-dan çox küçə və prospektdə 2000-nə yaxın pandus quraşdırılıb (FOTO)

Tarix: 3 Dekabr 2019 20:44

Bakı. Samir Əli - Trend:

Əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılması baxımından vacib məqamlardan biri də şəhər nəqliyyatının əlçatan olmasıdır.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, əlilliyi olan şəxslərin digərləri ilə bərabər səviyyədə fiziki mühit və nəqliyyat xidmətlərdən istifadəsinin təmin olunması məqsədi ilə dövlət başçısı tərəfindən Bakı Nəqliyyat Agentliyi qarşısında müvafiq tapşırıqlar qoyulub.

Ötən dövrdə qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı bir sıra layihələr icra edilib. Prezidentin əlilliyi olan vətəndaşlarımıza yönəlik sosial siyasətin tərkib hissəsi olan bu tədbirlər şəhərimizin nəqliyyat sistemində bir ilk olaraq dəyərləndirilməkdədir.

Nəqliyyatda müyəssərliyin təmin olunması ilə bağlı ilk addım “BakuBus” MMC-nin yaradılması və bu çərçivədə əlilliyi olan şəxslərin xüsusiyyətlərinə uyğun avtobusların gətirilməsi ilə atıldı. İlkin mərhələdə şəhərimizdə 300 belə avtobus var idisə qısa zamanda bu tip nəqliyyat vasitələrini sayı 500-ə çatdırıldı. Ölkə başçısının avtobus parkının yenilənməsi məqsədi ilə imzaladığı müvafiq sərəncama əsasən alınan 300 ədəd müasir avtobusları da əlavə etdikdə bu rəqəm daha da artmış olur. Müyəssərliyin olması sərnişin avtobusları üçün müəyyən olunan tələblərdə əsas faktor olaraq göstərilmişdir.

Nəqliyyatda əlçatanlıqdan danışarkən diqqət yetirilməli olan vacib məqamlardan biri də piyada infrastrukturunun uyğun olmasıdır. Bu məqsədlə piyada səkilərində eynisəviyyəli piyada keçidlərində pandusların quraşdırılmasına başlanıldı. Son statistikaya əsasən hazırda Bakı şəhərində 130-dan küçə və prospektdə 2000-nə yaxın pandus quraşdırılıb. İlkin mərhələdə bu işlər mərkəzi küçə və prospektlərdə icra olundu. Hazırda mərkəzdən kənar ərazilərdə, əlilliyi olan şəxslərin daha çox üz tutuğu sosial reablitasiya mərkəzləri ətrafında uyğun şəraitin yaradılması istiqamətində iş aparılır. Pandusların üzərində gözdən əlil şəxslər üçün yola yaxınlaşma barədə xəbərdaredici səthlər (taktil döşəmə) və yan hissələrində piyadaların piyada keçidindən istifadəsini stimullaşdıracaq və təhlükəsizliyini artıracaq məhəccərlər quraşdırılıb.

Dövlət başçısının əlçatanlıqla bağlı Agentliy qarşısında qoyduğu tapşırıqların icrası çərçivəsində reallaşdırılan daha bir layihə isə görmə imkanları məhdud vətəndaşlarımızla bağlıdır. Artıq 5 küçədə piyada səkisi boyunca taktil döşəmələri vurulub.

Şəhərimizin ictimai nəqliyyat sistemində yenilik hesab edilən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində də müyəssərlik tam formada təmin edilib. İstər perronlarda, istərsə də park ərazisində taktil döşəmələr vurulub.

Gözdən əlil vətəndaşların rahatlığı baxımından vacib olan məsələlərdən biri də xüsusi səs siqnalları ilə təchiz edilən svetoforlar quraşdırılmasıdır.

Ötən dövrdə Bakı Nəqliyyat Agentliyi tərəfindən şəhərin müxtəlif yerlərində əsasən isə bu qəbildən olan vətəndaşların daha çox istifadə etdiyi küçələrdə səsli svetoforlar quraşdırlıb.

Bakı Nəqliyyat Agentliyi eyni zamanda sosial məsuliyyət layihələri çərçivəsində də əlilliyi olan şəxslər üçün nəqliyyat xidmətlərinin əlçatan olması üçün tədbirlər həyata keçirir. Bu mənada Azərbaycan Milli Paralimpiya Komitəsi arasında anlaşma memarandumunun imzalanmasını vurğulamaq istərdim. Sənədə əsasən Agentlik Komitənin təşkil etdiyi idman tədbirləri və yarışlar zamanı idmançıları ehtiyac olan nəqliyyat vasitəsi ilə ödənişsiz təmin edir. 10-15 may 2019-cu il tarixləri ərzində ölkəmizdə keçirilən beynəlxalq “Bakı 2019 Qran-Pri” yarışında xarici və yerli idmançıların nəqliyyat vasitəsi ilə təmin edilməsi BNA tərəfindən icra edilib. Bundan əlavə hər il müxtəlif əlil təşkilatlarından fiziki imkanları məhdud şəxslərin müxtəlif tədbirlərə daşınması ilə bağlı müarciətlər daxil olur ki, onların da hər biri müsbət cavablandırılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Bakıda 130-dan çox küçə və prospektdə 2000-nə yaxın pandus quraşdırılıb (FOTO) Bakıda 130-dan çox küçə və prospektdə 2000-nə yaxın pandus quraşdırılıb (FOTO) Bakıda 130-dan çox küçə və prospektdə 2000-nə yaxın pandus quraşdırılıb (FOTO) Bakıda 130-dan çox küçə və prospektdə 2000-nə yaxın pandus quraşdırılıb (FOTO)


Etiketlər:  Bakıda çox küçə prospektdə 2000 yaxın pandus quraşdırılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ