Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2024 18:20
Aparıcı Xoşqədəm Hidayətqızı reklam qonorarını açıqlayıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, o, bu haqda "Səni axtarıram" verilişində danışıb. O bildirib ki, bir çox həkim onun adından istifadə edib, özünü reklam edir:
"Pulumu ödəyib nəsə etdirmişəm, yanına kim gəlir, deyir, Xoşqədəm pasientim olub. Adımı niyə çəkirsən? Nə istəmisən onu ödəmişəm. Deyiblər reklam, demişəm siz mənim qonorarımı ödəyə bilməzsiniz. Mənim reklam qiymətim 100 min dollardır. Belə riskə gedə bilmərəm. İnsanlar mənə inanır. Gedərlər birini pis vəziyyətə qoyar, niyə belə şeyə gedim? Özünüzə sayqınız olsun, reklam qarşılığında həkimə getməyin".