Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2024 19:16
Türkiyənin "Beşiktaş" klubu Superliqanın X turunda "Qalatasaray"la oyunu idarə etmiş hakim Arda Kardeşlerin karyerasını bitirməsini istəyir.
Sonxeber.net report-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi bu barədə rəsmi bəyanatında bildirib.
Bundan əlavə, "Qara qartallar" Türkiyə Futbol Federasiyanın rəhbərliyini də tənqid edib və qurumdakı seçkilərdən sonra heç nəyin dəyişmədiyini vurğulayıb.
Qeyd edək ki, "Beşiktaş" İstanbul derbisində rəqibinə 1:2 hesabı ilə uduzub.