Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2024 09:22
Rusiya Prezidenti Vladimir Putin videokonfrans vasitəsilə strateji nüvə çəkindirmə qüvvələrinin təlimini keçirib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Təlim zamanı dövlət başçısı Kremldəki idarəetmə mərkəzində olub. Təlimlər zamanı nüvə raketləri buraxılışları məşq edilib.
Putin vurğulayıb ki, nüvə silahından istifadə ölkənin təhlükəsizliyini təmin etmək üçün vacib tədbirdir və Rusiya silahlanma yarışına qoşulmaq niyyətində deyil.
"Artan geosiyasi gərginliyi, yeni xarici təhdidlərin və risklərin meydana çıxmasını nəzərə alaraq, daim döyüşə hazır olan müasir strateji nüvə qüvvələrinin olması vacibdir. Biz onların bütün komponentlərini təkmilləşdirməyə davam edəcəyik. Bunun üçün resurslar var", - deyə Rusiya lideri qeyd edib.
Təlimdən görüntüləri təqdim edirik: