Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qogenin əsəri Fransada 9,5 milyon avroya satılıb

Qogenin əsəri Fransada 9,5 milyon avroya satılıb

Tarix: 4 Dekabr 2019 04:56

Bakı. Trend:

Fransiz sənətkarı Pol Qogenin "Te Bourao" (Yoğun ağac) rəsm əsəri Parisin "Artcurial" xərracında 9,5 milyon avroya satılıb.

Trend-in məlumatına görə, satılış qabağı dəyər olaraq əsərə 5-7 milyon avro qiymət qoyulub. Xərrac evinin səzlərinə görə, rəsm beynəlxalq kolleksioner tərəfindən alınıb və Fransada qalacaq.

73-ün 92 santimetrə ölçüsündə olan rəsm 1897-ci ildə çəkilib. Bu, Taiti-də yaradılan və 1898-ci ildə rəssamın sərgisinə Parisə göndərilən Qogen yaradıcılığının böyük dövrünə aiddir və həmən dövrdən şəxsi kolleksiyalarda qalan yeganə əsər idi. Daha 8 eyni dövrə aid rəsmlər isə dünyanın müxtəlif muzeylərində yerləşdirilib.

Pol Qogen postimpressionizmin nəhəng nümayələrindən olan Fransız rəssamı və heykəltaraşıdır. O bir sıra əsərlərini Taitidə yaşadığı zaman qələmə almışdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Qogenin əsəri Fransada milyon avroya satılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ