Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Apple” şirkəti 11 ildə ilk dəfə “iPhone” üçün oyun təqdim edib

“Apple” şirkəti  11 ildə ilk dəfə “iPhone” üçün oyun təqdim  edib

Tarix: 8 May 2019 11:20

“App Store” proqramlar mağazasında “Warren Buffettʼs Paper Wizard” adlı pulsuz oyun yerləşdirilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, lisenziya razılaşmasına görə, oyun üçün bütün hüquqlar “Apple” şirkətinə məxsusdur və şirkət, həmçinin oyunun texniki dəstəyi ilə məşğul olmağı öz öhdəsinə götürür.

 

Oyunun süjeti öz karyerasına qəzet satıcısı kimi başlayan “Apple”ın investoru Uorren Baffetin həyat tarixçəsinə əsaslanır.

 

Bu, “Apple” korporasiyasının 2008-ci ildən (“App Store” işə salınıb) etibarən istifadəyə verdiyi ilk oyundur.

 

Emil Hüseynov




Etiketlər:  Apple şirkəti ildə dəfə iPhone üçün oyun təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ