Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yalnız fastfud yeyən məktəbli kor oldu

Yalnız fastfud yeyən məktəbli  kor oldu

Tarix: 31 Oktyabr 2024 14:06

ABŞ-də məktəbli ancaq fastfudla qidalandığı üçün kor olub.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə "Daily Mail" nəşrinə istinadən xəbər verib.

Belə ki, Massaçusets ştatından 12 yaşlı uşaq uzun müddət həyati əhəmiyyətli qida maddələrindən məhrum olduğu üçün görmə qabiliyyətini itirib.

Uşağın valideynləri bildiriblər ki, övladları autizmdən əziyyət çəkdiyindən müxtəlif teksturlu yeməklərdən qorxub, ona görə də uşaq ancaq burger, kartof qızartması, dönər və şirə içə bilib. Beləliklə, bir müddətdən sonra uşaq kor olub.

Həkimlər uşağın orqanizmində A, C və D vitaminlərinin, həmçinin mis və sinkin ciddi çatışmazlığını aşkar ediblər.


Etiketlər:  Yalnız fastfud yeyən məktəbli oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ