Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2024 17:26
Türkiyədə öldürülən 8 yaşlı Narinin meyitini daşıyan Nevzat Bəxtiyarın hadisə yerinin kəşfiyyat görüntüləri üzə çıxıb.
Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, videoda prokurorluq və jandarm tərəfindən dindirilərək sorğu-sual edilən Bahtiyarın Narin Güranın cəsədini necə gizlətdiyini izah edir.
Qeyd edək ki, Narini öldürmədiyini iddia edən Nevzat Bəxtiyar cəsədi ona qızın əmisi Salim Güranın verdiyini və onun tapşırığı əsasında dərə yatağında basdırdığını bildirib. O bu iş müqabilində ona 200 min lira (10 min manata yaxın) pul vəd etdiklərini, hətta təhdid edildiyini qeyd edib.
Xatırladaq ki, istintaq çərçivəsində prokurorluq kiçik qızın doğma əmisi, anası, qardaşı və bir qohumunun birgə şəkildə uşağı qəsdən öldürmə ittihamı ilə mühakimə olunmasını tələb edib. İttihamnamədə təqsirləndirilən şəxslər üçün ağırlaşdırılmış ömürlük həbs cəzası istənilir.