Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident Pedro Sançezə başsağlığı verdi

Prezident Pedro Sançezə başsağlığı verdi

Tarix: 31 Oktyabr 2024 19:18

Azərbaycan Prezidenti İlham Əliyev İspaniya Hökumətinin Sədri Pedro Sançezə başsağlığı verib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab Sədr,

Valensiya regionunda baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İspaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram".


Etiketlər:  Prezident Pedro Sançezə başsağlığı verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ