Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə nə baş verir? - rus turistlər kütləvi şəkildə naməlum virusa yoluxdu - SN hərəkətə keçdi

Türkiyədə nə baş verir? - rus turistlər kütləvi şəkildə naməlum virusa yoluxdu - SN hərəkətə keçdi

Tarix: 2 Noyabr 2024 22:44

Rospotrebnadzor Rusiyadan olan turistlərin naməlum virusla bağlı şikayətləri ilə əlaqədar Türkiyə Səhiyyə Nazirliyindən məlumat istəyib.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu barədə məlumat xidmətin saytında yerləşdirilib.

Məlumatda qeyd olunur ki, Rospotrebnadzor mütəxəssisləri Türkiyənin Belek bölgəsində naməlum virusla bağlı rusiyalı turistlərin kütləvi şikayətlərini nəzarətə götürüblər.

Xidmət bildirir ki, Türkiyə Səhiyyə Nazirliyi ilə turistlərin sağlamlığının qorunması və yoluxucu xəstəliklərlə mübarizə sahəsində əməkdaşlığa dair anlaşma memorandumu var: "Sənəd digər tərəfin ərazisində yerləşən tərəflərdən birinin dövlətinin vətəndaşları arasında yoluxucu xəstəliklərin baş verməsi zamanı operativ məlumat mübadiləsini və epidemioloji araşdırmaların aparılmasına köməklik göstərməyi nəzərdə tutur".

Qeyd edək ki, iki gündür Türkiyənin Bələk bölgəsində naməlum mənşəli, kəskin fəsadlarla müşayiət olunan viruslu xəstəliyin olduğuna dair məlumatlar yayılır.


Etiketlər:  Türkiyədə baş verir turistlər kütləvi şəkildə naməlum virusa yoluxdu hərəkətə keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ