Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2024 11:20
"ABŞ-də keçirilən prezident seçkisinin nəticəsindən asılı olmayaraq, Vaşinqtonun Avropada geosiyasi dominantlığı dövrü başa çatıb".
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib.
"Harris, yoxsa Tramp? Bəziləri iddia edirlər ki, Avropanın gələcəyi ABŞ-dəki seçkidən asılıdır, amma ilk növbədə bu, bizdən asılıdır. Bir şərtlə ki, Avropa nəhayət yetkinləşsin və özünə inansın. Nəticə nə olursa olsun, geosiyasi hökmranlıq dövrü bitdi", - Tusk "X"də (əvvəllər "Twitter") yazıb.
Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkisi noyabrın 5-də keçiriləcək. Respublikaçıları keçmiş dövlət başçısı Donald Tramp, demokratları isə hazırkı vitse-prezident Kamala Harris təmsil edəcək.